Elçin Məsiyev “Boraç” – “Panatinaikos” matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev futbol üzrə Avropa Konfrans Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Elçin Məsiyev Liqa mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək “Boraç” (Bosniya və Herseqovina) – “Panatinaikos” (Yunanıstan) oyununun baş hakimi olacaq.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Benua Miyo olacaqlar.

Oktyabrın 3-də Banya-Luka şəhərinin eyniadlı stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.