Elçin Məsiyev Lüksemburq – Şimali İrlandiya matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Elçin Məsiyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində C Liqasının 3-cü qrupunda keçiriləcək Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olacaq.

Ona bu oyunda yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Benks və Endryu Medli olacaqlar.

Lüksemburq – Şimali İrlandiya oyunu Noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: