Azərbaycanlı FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, Elçin Məsiyev AÇ-2025-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina – Avstriya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Sentyabrın 6-da Sarayevo şəhərində yerləşən “Qrbavica” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.