Elçin Məsiyev Şotlandiya – Fransa matçına təyinat aldı

Azərbaycanlı futbol hakimi, FIFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA tərəfindən beynəlxalq oyuna təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

O, 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində keçiriləcək Şotlandiya – Fransa qarşılaşmasına təyinat alıb. Elçin Məsiyev mayın 17-də keçiriləcək bu matçın baş hakimi olacaq. Ona yan xətt hakimləri Elşad Abdullayev və yunanıstanlı Konstandinos Psarris kömək edəcəklər.

Xatırladaq ki, U-17 Avropa çempionatının final mərhələsi 17 may – 2 iyun tarixləri aralığında Macarıstanda təşkil olunacaq.