Elçin Məsiyev “Yurqorden” – “İlves” matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Elçin Məsiyev “Yurqorden” (İsveç) – “İlves” (Finlandiya) qarşılaşmasının baş hakimi olacaq.

Bu komandalar arasındakı cavab qarşılaşmasında iş başında olacaq Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Əliyar Ağayev VAR, İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş avqustun 15-də Stokholm şəhərində yerləşən “Stokholm Arena”da keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Bu komandalar arasındakı ilk qarşılaşma isə avqustun 8-də Finlandiyada keçiriləcək.