Elçin Səmədli iki oyuna təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli iki oyuna təyinat alıb.

Arena.az xəbər verir ki, o, futzal üzrə AÇ-2022-nin ilkin seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus – İsrail və Sloveniya – Latviya oyunlarının hakim-inspektoru olacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Belarus – İsrail matçı aprelin 6-da keçiriləcək. Sloveniya – Latviya görüşü isə ayın 12-də təşkil olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: