Elçin Səmədli Türkiyə – Polşa matçına təyinat aldı

Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb.

Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Elçin Səmədli AÇ-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə – Polşa matçının hakim-inspektoru olacaq. Görüş dekabrın 17-də Ərzurum şəhərində keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: