Eldar Quliyev Ukrayna millisinə dəvət aldı

Ukraynanın “Minay” klubunda çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev bu ölkənin U-21 yığmasına dəvət olunub. Arena.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

U-21-in baş məşqçi Ruslan Rotanın AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya və Serbiya ilə matçlar üçün dəvət göndərdiyi oyunçular arasında 19 yaşlı azərbaycanlı yarımmüdafiəçi də var. Lakin gənc futbolçunun adı hələlik ehtiyat siyahıya salınıb.

Ukrayna yığması Şimali Makedoniya ilə noyabrın 11-də, Serbiyayla ayın 16-da qarşılaşacaq.

Qeyd edək ki, Eldar Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan hesab olunur. Onunla eyni komandada forma geyinən Rüstəm Əhmədzadə artıq Azərbaycan millisinə dəvət alır. Ukrayna Premyer Liqasında çıxış edən daha bir futbolçu – Anatoli Nuriyev də yığmamızda çıxış edir. Hazırda “Kolos”un uğurları üçün çalışan yarımmüdafiəçi də ötən mövsüm “Minay”da çıxış edirdi.