Eldar Zülfüqarov Türkiyə – Rumıniya matçına təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıb. Arena.az xəbər verir ki, təcrübəli referi kişi voleybolçular arasında “Qızıl Avropa Liqası”nda Türkiyə və Rumıniya yığmalarının oyununda iş başında olacaq.

Eldar Zülfüqarov A qrupunda yer alan bu komandaların görüşündə baş hakim olacaq. Oyun iyunun 4-də Türkiyənin Konya şəhərində keçiriləcək. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Burhan İlhan yerinə yetirəcək.

Xatırladaq ki, oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.