Azərbaycan kubokunun qalibi olan “Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və onun köməkçiləri ilə müqavilə müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 43 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub.
Əvvəlki müqavilələri 2022/2023 mövsümünün sonunda başa çatan məşqçilər korpusu daha iki mövsüm “qırmızı-qaralar”ı çalışdıracaq.
Xatırladaq ki, Elmar Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”də məşqçi kimi çalışır. O, 2020-ci ilin avqustunda bu komandanın baş məşqçisi təyin olubu. Gənc mütəxəssis geridə qalan mövsümdə sözügedən komandaya Azərbaycan Kubokunu qazandırıb. Bu, həm də Baxşıyevin məşqçilik karyerasındakı ilk tituldur.
Əyalət təmsilçisi Baxşıyevin rəhbərliyi altında 107 oyuna çıxıb. Bu görüşlərdə 38 qələbə, 33 heç-heçə, 36 məğlubiyyət qeydə alınıb.


