Elmar Baxşıyev: “Hər iki komanda qələbəyə layiq idi”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 41 yaşlı mütəxəssis 1:1 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“İlin son oyunu idi. Çətin olacağını bilirdik. “Neftçi” iddialı komandadır. Düşünürəm ki, maraqlı görüş alındı. Hər iki komanda açıq futbola üstünlük verdi. Epizodlara gəlincə, müəyyən qədər üstünlük bizdə idisə, ikinci hissədə “Neftçi”nin tərəfində oldu. Ümumi götürəndə komandanın çıxışından razı qaldım. Qazandığımız bir xaldır. Elə oyunlar olub ki, matç ərzində hər şey etmişik, amma uduzmuşuq. Qismətimizdə bu idisə, bununla da barışmalıyıq. “Neftçi” də qələbəyə layiq idi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: