Elmar Baxşıyev: “Komandam “Orenburq”dan çəkinmədi”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Türkiyədəki toplanış çərçivəsində “Orenburq”a (Rusiya) qarşı keçirdikləri yoxlama matçını şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabı ilə başa çatan qarşılaşma barədə klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Boluda ikinci yoxlama görüşümüz idi. Üç gündən bir oyun keçiririk. Ağır qrafiklə hazırlıq keçdiyimizi bilirik. Futbolçular yüklənmə altında da istədiyimiz futbolu nümayiş etdirməyə çalışırlar. Bu da sevindiricidir. Bugünkü rəqibimiz yaxşı komanda idi. Rusiya Premyer Liqasında mübarizə aparan bir komanda ilə görüşdük. “Orenburq” toplanışı başa çatdırmaqda olduğu üçün rəqib oyunçular daha hazırlıqlı görünürdülər. Amma komandamız yaxşı oynadı. Rəqibdən çəkinmədi və öz oyun üslubumuzun üzərində dayandıq. Hər matç bizim üçün önəmlidir. Çünki komanda oyundan oyuna güvəni qaytaracaq və xətlərarası əlaqəni daha da yaxşılaşdıracaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: