Elmar Baxşıyev: “Qarabağ” çempionatın favoritidir”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri matçı şərh edib.

Arena.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ” çempionatın favoritidir. Rəqib yaxşı təşkilatlanmış komandadır. Heyətimizdə itkilər, zədəli futbolçular var idi. Bu üzdən rotasiyaya getməyə məcbur idik. İki fərqli hissə nümayiş etdirdik. İlk yarıda narazı qaldığımız epizodlar var idi. Ümumilikdə “Qarabağ”ın səviyyəsini qeyd etmək istəyərdim ki, bizdən üstündürlər. Amma yenə təslim olmuruq. Öz oyunumuzla daha yüksək pillələrə qalxmağa çalışacağıq. Qarşımızda Avropa Liqasına getmək məqsədi durmayıb. Komandanı hər qarşıdakı görüşə hazırlayırıq. Öz dəst-xəttimiz var. Məşq prosesində onu daha da genişləndiririk. İnanıram ki, oyundan-oyuna daha məzmunlu olacaq. Komandanın potensialı var. Uduzduğumuz əksər matçlarda da rəqiblərdən geri qalmadığımızı göstərmişik”.