Elnurə Məmmədova AÇ-də nümunəvi addımı ilə diqqət mərkəzinə düşdü

Azərbaycan güləşçisi Elnurə Məmmədova Polşanın Plovdiv şəhərində keçirilən Avropa çempionatında nümunəvi addımı ilə diqqət mərkəzinə düşüb. Arena.az xəbər verir ki, 55 kq çəkidə mübarizə aparan idmançımız yarışın 1/4 finalında slovakiyalı Mariya Martinçukla qarşılaşıb.

Elnurə bu görüşdə rəqibinə 10:3 hesabıyla qalib gəlib. Martinçuk məğlub olması azmış kimi, bu görüşdə ağır zədə də alıb. Məmmədova rəqibinin ciddi zədələndiyini görərək onu çiynində güləş döşəyindən kənara daşıyıb. Bu isə dünya mediasında önəmli bir “feyr pley” nümunəsi kimi işıqlandırılıb.

Xatırladaq ki, Elnurə Məmmədova qitə birinciliyində bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. O, bu gün rumıniyalı Andrea Beatriçe Ana ilə həlledici qarşılaşmaya çıxacaq.