Elşad Tağıyev “Qəbələ”yə lazım olmadı

Premyer Liqa təmsilçisi “Qəbələ” ilə futbolçu Elşad Tağıyev arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Klub hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzu edib.

Xatırladaq ki, Elşad Tağıyev 2024/2025-ci illər mövsümündən “Qəbələ”nin şərəfini qoruyurdu. 24 yaşlı hücumçu cari mövsümdə meydana çıxdığı 13 oyunda heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməmişdi. O, əyalət təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 39 oyunda 9 qol vurub.

Tağıyev daha öncə “Şamaxı”, “Səbail”, “Neftçi” və “Turan Tovuz” kimi klubların müxtəlif yaş qruplarından ibarət komandalarında çıxış edib.

Elşad bu qış fasiləsində “Qəbələ”nin vidalaşdığı ilk futbolçudur. Əyalət klubu daha öncə Seydina Keyta (“Panevejis”, Litva) və İsmahil Akinade (“Andijon”, Özbəkistan) kimi legioner futbolçularla gücləndiyini açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: