Elvin Bədəlov daha 2 il “Sumqayıt”da!

2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” müdafiəçisi Elvin Bədəlov ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 27 yaşlı müdafiəçi ilə 2 illik anlaşma əldə olunub.

Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu ayın sonunda başa çatırdı.

Xatırladaq ki, Elvin Bədəlov 2019-cu ilin fevral ayından “Sumqayıt”ın uğurları üçün çalışır. O, bu komandanın heyətində ümümilikdə 98 oyuna çıxıb. Mərkəz müdafiəçisi bu görüşlərdə 1 qol və 3 məhsuldar ötürmə müəllifi də olub.

Elvin daha öncə “Neftçi” (47 oyun, 1 qol), “Sabah” (1 oyun), “Mauerverk” kimi klublarda da çıxış edib. O, həmçinin Azərbaycanın U-16, U-17, U-18, U-19, U-21 və əsas millilərinin uğurları üçün çalışıb.

Xatırladaq ki, “Sumqayıt” daha öncə Aydın Bayramov, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Terrens Tisdell, Kərim Abubakar və Dieqo Karioka ilə yollarını ayırıb. Əvəzində iki qapıçı – Mehdi Cənnətov və Orxan Sadıqlı transfer olunub.