Elvin Camalov və Coy Lens Mikels üçün əlamətdar matç

Futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turu “Sabah”ın oyunçuları Elvin Camalov və Coy Lens Mikels üçün əlamətdar olub. Arena.az xəbər verir ki, “Səbail”lə görüşdə hesabı açan 30 yaşlı almaniyalı yarımmüdafiəçi mövsümdə 12-ci qolu vurub.

Bu, klub tarixində yeni rekorddur. İndiyədək “Sabah”ın heç bir futbolçusu Premyer Liqanın bir mövsümündə bu qədər qol vurmamışdı. Əvvəlki rekordun müəllifi də Coy Lens Mikels idi. O, ötən çempionatda 11 qola sevinmişdi.

“Sabah”ın kapitanı Elvin Camalov isə Azərbaycan Premyer Liqasında yubiley görüşünə çıxıb. “Səbail”lə qarşılaşma futbolçunun ölkə çempionatlarında 200-cü matçı olub. 28 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2013/14 mövsümündə debüt edib. Üç klubun – “Qəbələ”, “Zirə” və “Sabah”ın formasını daşımış Elvinin aktivində 2 qol da var.

Xəbəri sosial şəbəkələrdə paylaş: