Elvin Məmmədov “Səbail”in müvəqqəti baş məşqçisi bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Elvin Məmmədov “Səbail” komandasına baş məşqçi təyin olunub.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, bu gün “dənizçilər”in hazırda vakant olan baş məşqçi vəzifəsini müvəqqəti icarə edəcək şəxs müəyyənləşib. Klubdan verilən məlumata görə, komanda hazırda “Səbail”in U-19 kollektivində işləyən Elvin Məmmədova həvalə olunub. O, əsas komandanı Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutacaq “Turan Tovuz”la ev oyununa hazırlayacaq. Sözügedən matç noyabrın 9-da “Bayıl Arena”da baş tutacaq. Qarşılaşmaya saat 17:00-da start veriləcək.

Xatırladaq ki, Elvin Məmmədov 2023-cü ilin yayında peşəkar futbolçu karyerasını bitirəndən sonra məşqçi kimi fəaliyyətə başlayıb.

“Səbail”ə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutmuş “Kəpəz”lə oyundakı 0:1 hesablı məğlubiyyətdən sonra Şahin Diniyevlə vidalaşıb. Paytaxt təmsilçisinin hazırda “Turan Tovuz”da köməkçi məşqçi kimi çalışan Cavid Hüseynova tapşırılması gözlənilir. Hazırda tərəflər arasına danışıqlar davam edir.