Elxan Səmədov Çexiyada səfərdədir

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və qurumun texniki-idman direktoru Elgiz Abbasov Çexiyaya səfər ediblər. Arena.az xəbər verir ki, PFL rəsmiləri Praqa şəhərində keçiriləcək Avropa Peşəkar Futbol Liqaları (APFL) təşkilatının 46-cı baş assambleyasında iştirak edəcəklər.

Mötəbər tədbirə APFL tərəfindən dəvət olunan Azərbaycan Peşəkar Futbol Liqasının nümayəndələri burada bir sıra görüşlər də keçirəcəklər.

1997-ci ildə yaradılmış Avropa Peşəkar Futbol Liqaları təşkilatı hazırda 34 ölkədən 40 liqanı və 1000-dən çox klubu özündə birləşdirir. Azərbaycan Peşəkar Futbol Liqası 2013-cü ildən bu qurumun tamhüquqlu üzvüdür. Elxan Səmədov isə 2022-ci ilin iyul ayından PFL-in prezidenti postunda çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaş: