Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 3-cü turu çərçivəsində baş tutan “İnqulets”lə matçın iştirakçısı olub.
“Polesye” bu rəqiblə doğma meydanda qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb – 1:1. Emil bu görüşə start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. Qeyd edək ki, bu, Mustafayevin yeni mövsümdə Ukrayna Premyer Liqasındakı ilk oyunudur.
Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 25 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 4 oyuna çıxsa da, fərqlənə bilməyib.
Keçirdiyi 2 oyuna 4 xal toplamış “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 6-cı yerdə qərarlaşıb.


