Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutan Kiyev “Dinamo”su ilə oyunun iştirakçısı olub.
Sözügedən kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası meydanı inamlı məğlubiyyətlə tərk edib – 1:3.
Emil Mustafayev bu görüşün start heyətində meydana çıxıb və sonadək oynayıb. Komandasının Cari mövsümdə 2 qol vurmuş azərbaycanlı futbolçu bu dəfə özü fərqlənə bilməyib.
“Aleksandriya” bu mövsüm keçirdiyi 27 oyunda 42 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Mustafayev isə cari mövsümdə meydana çıxdığı 16 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.