Emil Mustafayev “Krivbas”a qarşı 17 dəqiqə oynadı

Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutan “Krivbas” ilə oyunun iştirakçısı olub.

Sözügedən kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 1:2.

Emil Mustafayev bu görüşün 73-cü dəqiqəsində meydana buraxılıb.

“Aleksandriya” bu mövsüm keçirdiyi 22 oyunda 34 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Mustafayev isə cari mövsümdə meydana çıxdığı 11 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: