Emil Mustafayev “Lvov”a qarşı: 19 dəqiqə və 1 “sarı”

Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 24-cü turu çərçivəsində baş tutan “Lvov”la oyunun iştirakçısı olub.

Sözügedən kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 1:0.

Emil Mustafayev bu görüşün 71-ci dəqiqəsində meydana buraxılıb. O, 90+3-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Aleksandriya” bu mövsüm keçirdiyi 23 oyunda 37 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Mustafayev isə cari mövsümdə meydana çıxdığı 12 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: