Emil Mustafayev mövsümün son matçında 67 dəqiqə oynadı

Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 2022/2023 mövsümünün sonuncu – 30-cu turu çərçivəsində baş tutan “Rux”la oyunun iştirakçısı olub.

Sözügedən kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 0:0.

Emil Mustafayev bu görüşə start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib. O, bu matçda məhsuldar göstərici ilə yadda qalmayıb.

Beləliklə, “Aleksandriya” bu mövsüm keçirdiyi 30 oyunda 44 xal toplayıb. Komanda mövsümü 16 iştirakçı arasında 6-cı pillədə başa vurub. Mustafayev isə geridə qalan mövsümdə meydana çıxdığı 19 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.