Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 28-ci turu çərçivəsində baş tutan “Veres-Rivne” ilə oyunun iştirakçısı olub.
Sözügedən kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məhsuldar heç-heçə ilə tərk edib – 2:2.
Emil Mustafayev bu görüşün start heyətində meydana çıxıb və 57-ci dəqiqəsində əvəzlənib. Cari mövsümdə 2 qol vurmuş azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.
“Aleksandriya” bu mövsüm keçirdiyi 28 oyunda 43 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Mustafayev isə cari mövsümdə meydana çıxdığı 17 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.