Emil Mustafayev “Zarya”ya qarşı bir hissə oynadı

Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 29-cu turu çərçivəsində baş tutan “Zarya” ilə oyunun iştirakçısı olub.

Sözügedən kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 0:2.

Emil Mustafayev bu görüşün 46-cı dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 2 qol vurmuş azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.

“Aleksandriya” bu mövsüm keçirdiyi 29 oyunda 43 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Mustafayev isə cari mövsümdə meydana çıxdığı 18 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.