Emiliano Martines: “Qarnaço eynilə Di Mariyadır”

“Aston Villa”nın və Argentina yığmasının qapıçısı Emiliano Martines millidəki komanda yoldaşı Alexandro Qarnaço haqda fikirlərini paylaşıb.

Arena.az “Goal”a istinadən xəbər verir ki, təcrübəli qolkiper “Mançester Yunayted”in vingeri barədə bunları söyləyib:

“Qarnaço təvazökar oğlandır. Məşqlərdə səylə çalışır, çox danışmır. O, yığma komandaya böyük futbol oynamaq həvəsi ilə gəlib. Alexandro bizim kiçik ulduzumuzdur. Ümidvaram ki, biz onun nəhayət bir futbolçu kimi təşəkkülünə kömək edəcəyik. Oyun üslubu baxımından Anxel Di Mariyaya çox bənzəyir. O, yığma komanda üçün eynilə vacib oyunçu olmaq üçün hər şeyə malikdir”.

2022/2023 mövsümündə Qarnaço “Mançester Yunayted”in heyətində 34 oyuna çıxıb, 5 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib. O, bu komanda ilə Premyer Liqanın “gümüş”ünü qazanmaqla yanaşı, İngiltərə Federasiya Kubokunun finalçısı olub.

18 yaşlı vingerin “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Qarnaçonu 25 milyon avro məbləğində qiymətləndirir.