AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA Gənclər Liqasının 1-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, UEFA Gənclər Liqasının Çempionlar yolunun 1-ci mərhələsi çərçivəsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi Emin Cəfərov olacaq.
Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.
“Jalgiris” – TNS matçını qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.