Emin Mahmudov: “HJK-ya qalib gəlməyə çalışacağıq”

“Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində HJK-ya (Finlandiya) qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“HJK fiziki baxımdan çox hazırlıqlı komandadır. Amma biz də öz meydanımızda oynayacağıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, qələbə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, avqustun 3-də “Bakcell Arena” keçiriləcək “Neftçi” – HJK matçına saat 21:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: