Birinci Liqa təmsilçisi “Səbail”in müdafiəçisi Emin Rüstəmov bundan sonra Premyer Liqada çıxış edən “Karvan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu 2025/2026-cı illər mövsümünün sonuna qədər Premyer Liqa kollektivində çıxış edəcək.
Emin Rüstəmov “Səbail” klubunun öz yetirməsidir. Azərbaycanın U-21 milli komandasının da formasını geyinən 21 yaşlı oyunçu bu mövsüm “Səbail”in əsas komandasının heyətində 12 turda 9 dəfə meydana çıxıb. Emin daha öncə Azərbaycanın U-19 yığma komandasında da forma geyinib.
Xatırladaq ki, “Karvan” daha öncə Samir Abdullayev (“Mingəçevir”) və Rauf Rüstəmlini (“Sabah”) də heyətinə qatmışdı. Səid İranxan isə Yevlax təmsilçisindən ayrılmışdı.


