Səudiyyə Ərəbistanının “Əl-Oroba” klubunun mərkəz hücumçusu Emmanuel Boatenq bundan sonra “Qaziantep”in formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yaylb.
28 yaşlı forvardın transfer detalları açıqlanmayıb. Qanalı futbolçu yeni klubu ilə 1,5 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalayıb.
Emmanuel Boatenq 2024-cü ilin avqust ayından “Əl-Oroba”nın formasını geyinirdi. O, sözügedən klubun heyətində 14 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə verib. Hücumçu karyerası ərzində “Rio Ave”, “Moreyrense”, “Levante” və “Dalian Professional” kimi klubların da formasını geyinib.
Boatenq 2018-ci ildən Qana yığmasının formasını geyinir. O, millinin heyətində 7 oyuna çıxıb və 1 qola imza atıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.


