Futbol üzrə İngiltərə milli komandasının sabiq üzvləri – Con Terri və Endi Koulun adları Premyer Liqanın Şöhrət Zalına daxil edilib.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, İngiltərə Premyer Liqasının Şöhrət Zalı daha iki futbolçunun bura daxil edilməsi ilə bir qədər də genişlənib. İngilis sabiq futbolçular – “Çelsi”nin keçmiş müdafiəçisi Con Terri və “Mançester Yunayted”in keçmiş hücumçusu Endi Koul İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil ediliblər.
Xatırladaq ki, 2024-cü ildə İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil olan ilk oyunçu “Arsenal”ın və “Çelsi”nin keçmiş müdafiəçisi Eşli Koul olub.
Con Terri 1998-2017-ci illərdə “Çelsi”də oynayıb. O, Premyer Liqa çərçivəsində meydana çıxdığı 492 oyunda rəqib qapılarına 41 dəfə yol tapıb, 16 qola məhsuldar ötürmə verib. Müdafiəçi karyerası ərzində “Çelsi” və “Aston Villa” kollektivlərində çıxış edib.
Endi Koul isə İngiltərə çempionatında meydana çıxdığı 415 oyunda 187 qol vurub, 69 assistlə yadda qalıb. O, bitərəf azarkeşin yaddaşında 6 ilini keçirdiyi “Mançester Yunayted”dəki çıxışı ilə qalıb. Keçmiş hücumçu “Mançester Siti”, “Nyukasl”, “Bləkbörn” və “Sanderlend” kimi komandalarda da çıxış edib.
Qeyd edək ki, hər iki futbolçu 5 dəfə İngiltərə çempionu olublar.
Vurğulayaq ki, İngiltərə Premyer Liqasının Şöhrət Zalına üzvlük İngiltərə çempionatının keçmiş oyunçularına verilən ən yüksək fərdi mükafat hesab edilir.