Entso Fernandes: “Maurisio Poçettino “Çelsi”yə nizam gətirdi”

“Çelsi”nin argentinalı mərkəz yarımmüdafiəçisi Entso Fernandes Maurisio Poçettinonun gəlişi ilə komandada nələrin dəyişdiyini açıqlayıb.

Arena.az italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, argentinalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Mən “Çelsi”yə keçəndə hər şey qarışıq idi, həddindən çox oyunçu vardı. Maurisio komandaya nizam və şəxsiyyət gətirdi, iş mədəniyyətini fərqli səviyyəyə qaldırıldı. Bu, hər şeyi müsbət mənada dəyişdi, komanda indi tam gücü ilə işləyir”, deyə Entso Fernandes bildirib.

Xatırladaq ki, Maurisio Poçettino “Çelsi”ni 2023-cü ilin yayından çalışdırır. Argentinalı mütəxəssisin “zadəganlar”la cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Poç”un rəhbərliyi altında “zadəganlar” bütün yarışlarda 50 oyun keçiriblər, 26 qələbə, 10 heç-heçə və 14 məğlubiyyət yaşayıblar. Topl fərqi isə 105:75 nisbətindədir.

Poçettino “Çelsi”yə qədər PSJ, “Tottenhem”, “Sauthempton” və “Espanyol”u çalışdırıb.

İngiltərə Premyer Liqasında keçirdiyi 37 oyundan sonra “Çelsi” 60 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Belə görünür ki, “zadəganlar” milli çempionat üzərindən gələn mövsüm də avrokuboklarda iştirak imkanı əldə edə bilməyəcəklər.

Xatırladaq ki, “Çelsi” cari mövsümdə avrokuboklarda iştirak etməyib.