Entso Mareska: “Arsenal”la oyun xoşuma gəldi”

“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Arsenal”la ev oyununu (1:1) şərh edib.

Arena.az BBC-nin idman şöbəsinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Sözsüz, oyunu bəyəndim. Biz rəqiblərimizi kifayət qədər yaxşı tanıyırıq və biz bunun öhdəsindən əla gəldik. İndi dincələcəyik, sonra isə işimizi davam etdirəcəyik.

Bu gün müdafiədə əla fəaliyyət göstərdik. Elə bir məqam oldu ki, qol buraxdıq, digər hallarda isə yaxşı idik.

Biz “Çelsi”yik, ixtiyari komanda ilə üz-üzə dör-dör döyüşmək istəyirik. Bunu hamıya çatdırmaq vacibdir”, deyə Mareska “zadəganlar”ın iddiasını ortaya qoyub.

Yeri gəlmişkən, Entso Mareska “zadəganlar”ın cari heyətindən danışaraq, onu İngiltərə Premyer Liqasının ən yaxşılarından biri adlandırıb. İtalyan mütəxəssisin bu barədə fikrini təqdim edirik:

“Mən İngiltərə Premyer Liqasının ən yaxşı heyətlərindən birinə sahibəm. Buna heç bir şübhəm yoxdur. Gəldiyim gündən kluba dediyim ilk söz də bu olub”, deyə Mareska vuğrulayıb.

11 turdan sonra “Çelsi” və “Arsenal” hər biri 19 xal toplayıblar və Premyer Liqanın yarış cədvəlində müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər.

İngiltərə Premyer Liqasına 28 xalla “Liverpul” başçılıq edir.

Xatırladaq ki, Entso Mareska 2024-cü ilin iyulundan “Çelsi”nin sükanı arxasındadır. İtalyan mütəxəssisin “zadəganlar”la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Mareskanın rəhbərliyi altında London klubu cari mövsümdə 18 oyun keçirib. “Zadəganlar” bu görüşlərdə 10 qələbə qazanıblar, 4 heç-heçə edib, 4 məğlubiyyətə üzülüblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: