Entso Mareska: “Bir həftəyə “Liverpul”un 38 oyununa baxmışam”

“Çelsi”nin baş məşqçisi Entso Mareska bir həftə ərzində “Liverpul”un 38 oyununu necə izlədiyindən söhbət açıb.

Arena.az “Chelsea News” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə xatirəsini təqdim edir:

“Mən oynamağa xitam verib məşqçiliyə başlayanda bir həftə ərzində “Liverpul”un 38 oyununa baxmışdım ki, əvvəlki çalışdırıcının (italyan mütəxəssis Yurgen Klopp – redaktorun qeydi) rəhbərliyi altında təpki və buna bənzər xüsuslar baxımından onların nə qədər yaxşı olduqlarını öyrənim.

“Liverpul”un futbolçularını çox yaxşı tanıyıram, çünki onları dəfələrlə izləmişəm. O komanda, Klopp ilə ilk iki və ya üç il necə təpki ediblər, xüsusilə Salah, Firmino və Mane sayəsində. Bu, nəinki topa sahib olanda, həm də topa sahib olmayanda da özünü büruzə verirdi. Onların aqressivliyi inanılmazdır. Salahı çox bəyənirəm, təkcə topla yaxşı olduğu üçün deyil, həm də topsuz belə, fantastik oyunçu olduğu səbəbilə.

Bu, Milad bayramı idi, hələ də yadımdadır. Ən yaxşı komandaların necə işlədiyini başa düşmək və görmək üçün müxtəlif futbol növlərini izləməyə başlamışdım”, deyə Mareska xatırlayıb.

Entso Mareska “zadəganlar”ı 2024-cü ilin iyulundan çalışdırır. London təmsilçisinin italyan mütəxəssislə müqaviləsi 2029-cu iliin iyun ayının sonuna qədər qüvvədədir.

Bu müddətdə Mareska “Çelsi”ni 12 oyuna çıxarıb, 7 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət yaşayıb. Mareskanın rəhbərliyi altında “zadəganlar” 29 qol vurub, 14 top buraxıblar.

İngiltərə Premyer Liqasının 8 turundan sonra Mareskanın “Çelsi”si 14 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Əlavə edək ki, Premyer Liqanın 8-ci turunda keçirilmiş başa-baş oyunda “Çelsi” səfərdə “Liverpul”a 1:2 hesabı ilə məğlub olsa da, “Enfild”də layiqli oyunu ilə diqqət çəkib.

Xəbəri sosial şəbəkələrdə paylaş: