Entso Mareska “Brayton”a biabırçı məğlubiyyətə aydınlıq gətirdi

“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 25-ci turunda “Brayton”a 0:3 hesablı səfər məğlubiyyətini şərh edib.

Arena.az BBC-yə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu nəticə hər bir xüsusunda məyusluq doğurur. Əlbəttə ki, biz bura gəlmiş azarkeşlərə acıyırıq. Bu vəziyyətdə bizə daha yaxşı davranmaq gərəkdir.

Daha yaxşısını etməli olacağımz çox xüsus var. Qarşıda bir çox oyunumuz var və biz hələ də yaxşı vəziyyətdəik. İndi asanlıqla qol buraxıb və qol vura bilməyəcəyimizi hiss etdiyimiz məqamdayıq. Qoldan əvvəl isə rəqibin çox da fürsəti yox idi.

Mən azarkeşlərə acıyıram. Bu, xüsusilə mövsümün belə bir kəsimində göstərməli olduğumuz oyun deyil. Biz birlikdə qalmalıyıq”, deyə Mareska vurğulayıb.

Əlavə edək ki, fevralın 8-də “qağayılar” İngiltərə Kubokunun 1/16 final çərçivəsində də “Çelsi”ni qəbul etmiş və 2:1 hesablı qələbə sayəsində “zadəganlar”ı mübarizədən kənarlaşdırmışdılar.

Mareska “zadəganlar”ın eyni vaxtda dörd yarışda iştiraka hazır olmadığını da etiraf edib:

“Hazırkı məqamda “Çelsi” dörd yarışda eyni vaxtda mübarizə aparmağa hazır deyil. Bizim məqsədimiz, bizim borcumuz – klubu dörd yarışda iştiraka və ya hətta qalibiyyətə daşımaqdır, amma hazırkı məqamda biz buna hazır deyilik. Mən bunun baş verəcəyinə əminəmi? Tamamilə, yaxın illərdə”, deyə Mareska vurğulayıb.

Xatırladaq ki, “Çelsi” İngiltərə Liqa Kuboku və İngiltərə Kubokunda məğlub olaraq, mübarizəsini artıq başa vurub. İndi “zadəganlar” İngiltərə Premyer Liqası və Konfrans Liqasında mübarizə aparırlar.

25 oyunda 43 xal toplamış “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Brayton” isə 37 xalla 8-ci pillədədir.

Premyer Liqaya 24 oyunda 57 xal toplamış “Liverpul” başçılıq edir.