“Çelsi”nin baş məşqçisi Entso Mareska Konfrans Liqasının final oyununda “Betis” üzərində qazandıqları qələbəni şərh edib.
Arena.az məlumat verir ki, “zadəganlar” 4:1 hesablı əzmkar qələbəyə seviniblər.
Entso Mareska qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Mən bir çox səbəblərə görə çox məğrur və xoşbəxtəm. Şəxsən mənə xoşdur, amma azarkeşlərimiz də buna layiqdirlər – onlar bir neçə il müvafiq nəticənin intizarında olublar, odur ki, qələbə onlar üçündür.
Klub son iki-üç ərzində çoxlu pullar xərcləyib, indi isə hamı nəticələr gözləyir. Ümidvaram, bu, başlanğıc nöqtəsi olacaq. Bu gündən etibarən, bu mövsümdən bis nəsə vacib bir inşaata başlayırıq.
Mən çox xoşbəxtəm. Birinci hissədə azacıq pərişan idim – hesab edirəm ki, biz oyuna düzgün yanaşmadıq. Həmçinin mənə elə gəlir ki, komandam “Nottingem Forest”lə oyunda qələbədən (1:0) sonra çox rahatlaşdı – bütün mövsümü Çempionlar Liqasına çıxmağımızı gözləyirdik, bu baş verdikdə isə duyğusal boşalma gəldi. Buna görə də birinci hissədə biz azacıq əziyyət çəkdik, amma ikinci hissədə isə xeyli yaxşı oynamağa başladıq – indi biz çox məmnunuq”, – BBC 45 yaşlı italyan mütəxəssisdən sitat gətirir.
Növbəti mövsümdə “Çelsi” Çempionlar Liqasının Liqa mərhələsində iştirak edəcək. “Zadəganlar” müvafiq hüququ İngiltərə Premyer Liqasında 4-cü yeri tutmaqla əldə ediblər.


