Entso Mareska “Everton”la heç-heçəni şərh etdi

“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının “Everton”la 17-ci tur səfər oyununu (0:0) şərh edib.

Arena.az “Çelsi”nin rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən tamamilə xoşbəxtəm. Sadəcə oyunçularıma dedim ki, bu gün “Brentford” oyunundan (2:1) sonra olduğundan daha xoşbəxtəm. Səbəb isə bu oyundan çox narahat olmağım idi. Bu, çətin oyun, çətin stadion, çətin komandadır. Onlar müdafiədə əladırlar. Onlar “quru” oyunların sayına görə Avropanın ilk beş komandası arasındadır. Biz onlara qarşı fürsət yaratmaq üçün mübarizə apardıq. Bu, asan oyun deyildi”, deyə Entso Mareska vurğulayıb.

17 oyundan 35 xalla “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Everton” isə 16 oyundan 16 xalla 15-ci yerdədir.

İngiltərə Premyer Liqasına 16 oyundan 39 xalla “Liverpul” başçılıq edir.

Xəbəri istədiklərinizlə paylaşın