“Çelsi”nin yeni baş məşqçisi Entso Mareska “Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiola ilə müqayisə edilməsi haqda danşıb.
Arena.az xatırladır ki, italyan mütəxəssis əvvəllər “şəhərlilər”in düşərgəsində “Pep”in köməkçisi vəzifəsində çalışıb.
“Mən “Lester Siti”yə gəlib sədr və idman direktoru ilə görüşəndə mənə dedilər: “Biz də “Mançester Siti”nin oynadığı kimi oynamaq istəyirik”, Mən onları cavabladım: “Bizim oyunçularımız fərqlidirlər, mən də fərqli məşqçiyəm”. “Çelsi”yə gələndə də belə oldu. Mən bəyan etdim: “Mənim fikirlərim var, amma oyunçulara necə oynamalı olduğumuzu başa düşmək üçün zaman gərəkdir.
Bu, müəyyən dərəcədə qarşı mübarizə apardığım bir məqamdır (Qvardiola ilə müqayisələri nəzərdə tutur – redaktorun qeydi). Belə ki, keçəl və saqqallıdır, o da belə oynamaq istəyir. Xeyr, istəmirəm! Mən müvafiq bir fikrə aşiq oldum, amma o demək deyil ki, bu, mənim üçün tamamilə eynidir”, – “Daily Mail” dərgisi Mareskadan sitat gətirir.
Xatırladaq ki, “Çelsi” geridə qalmış Çempionşipin yekunlarına görə “Lester Siti”yə çempionıluğu qazandıraraq, Premyer Liqaya yüksəltmiş Entso Mareskanı “tülkülər”ə 11,7 milyon avro məbləğində təzminat ödəyərək, “zadəganlar”ın sükanı arxasına gətirib. London təmsilçisi 44 yaşlı italyan mütəxəssislə sonradan 1 il müddətinə uzadılmasının mümkünlüyü ilə 5 illik müqavilə imzalayıb. Mareskanın müqaviləsi cari ilin iyul ayının 1-dən qüvvəyə minib.
Entso Mareska məşqçiliyə məhz “Mançester Siti”də başlayıb. O, “Lester Siti”dən öncə İtaliyada “Parma”nın da baş məşqçisi olub.