“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 13-cü turunda “Aston Villa” üzərində ev qələbəsini (3:0) şərh edib.
Arena.az “Çelsi”nin rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu, topla və topsuz çox yaxşı çıxışımız idi. Düşünürəm ki, biz kifayət qədər yaxşı çıxış etdik. Biz bunu əvvəldən edirdik, bəzən daha yaxşı, bəzən daha pis, amma dəfələrlə dediyim kimi, məncə, düzgün istiqamətdə irəliləyirik.
Demişdim ki, “Lester Siti” ilə oyundan sonra da, digər komanda hansı olursa olsun, topla və topsuz oynamaq – istədiyimiz kimi oynamaq vacibdir. Bunu edəndə və üç xal qazananda, əlbəttə, biz xoşbəxtik. Amma düşünürəm ki, oyun çox yaxşı idi”, deyə Entso Mareska vurğulayıb.
İtalyan mütəxəssis çalışdırdığı “zadəganlar”ın “Liverpul”, “Arsenal” və “Mançester Siti” kimi nəhənglərlə başa-baş mübarizəyə hazır olub-olmaması ilə bağlı sualı da cavablayıb:
“Düşünürəm ki, bir çox səbəblərə görə biz “Liverpul”, “Arsenal” və “Mançester Siti” ilə rəqabətə hazır deyilik. Bu gün qalib gəldiyimiz üçün nöqteyi-nəzərimi dəyişmək fikrində deyiləm, buna hazır deyilik. Amma yaxşısı odur ki, biz təkmilləşirik və ümidvarıq ki, tezliklə buna nail olacağıq.
Əlbəttə, biz çox inkişaf etməliyik. Biz daha yaxşı hücum edə bilərik, daha yaxşı müdafiə oluna bilərik, amma mənim üçün gərək olan xüsus, daha yaxşı olmaq üçün anları yaşamaqdır”, – “Çelsi”nin rəsmi saytı Mareskadan sitat gəririr.
13 turdan sonra 25 xal toplamış “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. “Aston Villa” isə 19 xalla 12-ci pillədədir. Premyer Liqaya 34 xalla “Liverpul” başçılıq edir.


