“Çelsi”nin baş məşqçisi Entso Mareska istənilən komanda üçün qələbə qazanmağın vacibliyi ilə bağlı fikrini ifadə edib.
Arena.az “Absolute Chelsea” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Oyunlarda qalib gəlmək həmişə vacibdir. Bu, bizə güc-qüvvə, inam və güvənc verir. Hətta qələbə qazanmasanız belə, hələ də yaxşı oyundasınız, ona görə də diqqətinizi buna yönəltməlisiniz. Bəzən bu, digər tərəfdən də baş verir, layiq olmadığın oyunlarda qalib gəlirsən”, deyə Mareska bildirib.
Entso Mareska “zadəganlar”ı 2024-cü ilin iyulundan çalışdırır. London təmsilçisinin italyan mütəxəssislə müqaviləsi 2029-cu iliin iyun ayının sonuna qədər qüvvədədir.
Bu müddətdə Mareska “Çelsi”ni 8 oyuna çıxarıb, 5 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət yaşayıb. Mareskanın rəhbərliyi altında “zadəganlar” 19 qol vurub, 7 top buraxıblar.
İngiltərə Premyer Liqasının 5 turundan sonra Mareskanın “Çelsi”si 10 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.