Entso Mareska: “Ris Ceymsdən daha çoxunu gözləyirdim”

“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın müdafiəçisi Ris Ceymsin aparıcı keyfiyyətlərinin olmadığı qənaətindədir.

Arena.az italyan mütəxəsssiin bu barədə fikrini təqdim edir:

“Mən ondan paltardəyişmə otağında aparıcı keyfiyyətlər baxımından daha artığını gözləyirdim. Amma eyb etməz, Ceyms düzgün yoldadır. Onunla bağlı hər şey qaydasındadır. Ris tərəqqi edir”.

Xatırladaq ki, Ris Ceyms “Çelsi”nin öz yetirməsidir. O, bir müddət “Uiqan”da icarədə oynadıqdan sonra yenidən London klubuna qayıdıb. Müdafiəçi doğma klubunun əsas komandasında bütövlükdə 159 oyuna çıxıb. O, bu görüşlərdə 11 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə ingilis futbolçu cəmi 1 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Ceyms İngiltərə milli komandasında da forma geyinir. O, 2020-ci ilin oktyabr ayında debüt etdiyi yığmada 16 oyun keçirib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Ris Ceymsi 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: