Türkiyənin “Altay” klubunun sağ vingeri Eren Erdoğan bundan sonra Super Liqa təmsilçisi “Qaziantep”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Qaziantepin eyniadlı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
23 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Azad agent statusuna malik futbolçunun transferi üçün əlavə ödənişə ehtiyac qalmayıb.
Eren Erdoğan “Altay”ın öz yetirməsidir. Yarımmüdafiəçi 2020-ci ildə yarım mövsüm “Fethiyespor”un da formasını geyinib. O, “Altay”ın əsas komandasında 78 oyuna 7 qol vurub, 9 assistlə yadda qalıb.