Erik Bayidə koronavirus aşkarlandı

İngiltərənin “Mançester Yunayted” klubunun müdafiəçisi Erik Bayidə koronavirus aşkarlanıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun Fil Dişi Sahili yığmasının düşərgəsində verdiyi koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bu barədə “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer klubun mətbuat xidmətinə açıqlamasında deyib. Onun sözlərinə görə, ölkəsində karantinə alınan Bayi hələ İngiltərəyə qayıtmayıb.

Qeyd edək ki, Erik Bayi bu mövsüm Premyer Liqada “qırmızı şeytanlar”ın heyətində cəmi 8 oyuna çıxıb. Onun komandası isə 30 oyuna topladığı 60 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.