“Mançester Yunayted”in sabiq, fransız futbolçusu Erik Kantona sosial şəbəkədəki səhifəsində Fələstini dəstəkləyib.
Arena.az özünəməxsus fəlsəfəsi və xarizması ilə səciyyəvi olan məşhur Kantonanın müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Fələstinlilərin insan hüquqlarını müdafiə etməyiniz o demək deyil ki, siz HƏMƏS tərəfdarısınız.
“Fələstinə azadlıq” demək sizin antisemit olduğunuz və ya “bütün yəhudiləri qovmaq istədiyiniz” demək deyil.
“Fələstinə azadlıq” sözləri fələstinlilərin 75 ildir insan haqlarını inkar edən İsrail işğalından azad olmasını nəzərdə tutur.
“Fələstinə azadlıq” sözləri 2-3 milyon fələstinlinin dünyanın ən böyük həbsxanasında saxlanmasına son qoyulmasını tələb edir. Bu insanların yarısı uşaqlardır.
“Fələstinə azadlıq” sözləri İsrail hökumətinin tətbiq etdiyi aparteidə son qoymağa çağırır.
“Fələstinə azadlıq” sözləri fələstinlilərə öz torpaqlarında əsas infrastruktura çıxış imkanı verməyə çağırır”, – Erik Kantona yazıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı İsrailə hücum edib, qarşı tərəf hadisəni “müharibə” adlandırıb və hərbi üsulla cavablayıb.