“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə yığmasına dəvət almayan futbolçusu Markus Raşfordu dəstəkləyib.
Arena.az xəbər verir ki, o, İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeytin qarşıdan gələn Avropa çempionatı üçün İngiltərə yığmasının heyətinə qatmamaq qərarına gəldiyi, “qırmızı şeytanlar”ın vingerin vəziyyətindən danışıb.
Niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edirik:
“O, yaxşı görünür. Karyerada yüksəlişlər və enişlər olur. Uğursuzluqlar da qidalandıra bilər. Məşqdə də bunu görürəm. O, hədsiz dərəcədə ilhamlanmış olacaq və meydanda ayaqları ilə hər şeyi deyəcək. Artıq onun arxasınca möhkəm karyerası var, ona görə də əminəm ki, o, bunun öhdəsindən gələcək və çoxlu qollar vuracaq”, deyə Erik ten Haq “Manchester Evening News” nəşrinə açıqlamasında bildirib.
Qeyd edək ki, Markus Raşford “Mançester Yunayted”in öz yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun bu klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Raşford “Mançester Yunayted”in heyətində bütün yarışlarda 42 oyuna çıxıb. O, bu oyunlarda 8 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib. Markusun “qırmızı şeytanlar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 401 oyun, 131 qol və 64 məhsuldar ötürmə.
Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 60 oyuna çıxıb. O, bu oyunlarda 17 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli sol vingerin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.