Erik ten Haq “Barnsli” üzərində 7:0 hesablı qələbədən danışdı

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Liqa Kubokunda “Barnsli” üzərindəki möhtəşəm qələbəni şərh edib.

Arena.az məlumat verir ki, “qırmızı şeytanlar” yarışın 3-cü mərhələsi çərçivəsində “Old Trafford”da “süləntilər”i 7:0 hesabı daramdağın ediblər.

“Mənim üçün deyil, amma komanda üçün mükəmməl bir gecədir. Düşünürəm ki, biz planlaşdırdığımız hər şeyi icra edə bildik: gözəl qollar vurduq və azarkeşləri əyləndirdik. Biz oyun quruluşumuz üzərində işləmişdik, buna görə də xoşbəxtik”, – Erik ten Haq matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, İngiltərə Liqa Kubokunun cari qalibi “Liverpul”dur.