Erik ten Haq: “Joze Mourinyo çoxlarına bir nümunədir”

“Mançester Yunayted”in niderlandlı baş məşqçisi Erik ten Haq “Fənərbaxça”nın portuqal çalışdırıcısı Joze Mourinyo haqda söhbət açıb.

Arena.az xatırladır ki, Ten Haqın “qırmızı şeytanlar”ı Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində İstanbul səfərində “Mour”un “Fənərbaxça”sı ilə qarşılaşacaqlar.

“Mən onunla qarşılaşmağı, komandalarına qarşı oynamağı çox xoşlayıram. Onun həmişə yaxşı komandaları var. O, qalibdir və çoxlu qənimətlər qazanıb. Düşünürəm ki, Mourinyo bir çox məşqçilər üçün bir örnəkdir”, – Erik ten Haq bildirib.

Xatırladaq ki, 61 yaşlı Joze Mourinyo cari ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klunu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Fənər” “Mour”un qarşısında nə az, nə çox – klubun iddialarını gerçəkləşdirmək tapşırığını qoyub.
Bu müddətdə portuqal mütəxəssis “Fənərbaxça”nı 14 oyuna çıxarıb, 8 qələbə, 4 heç-heçə, 2 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 29:16 nisbətindədir.

Xatırladaq ki, “Fənərbaxça” – “Mançester Yunayted” oyunu oktyabırn 24-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: