Erik ten Haq “Liverpul”dan aldığı darmadağına aydınlıq gətirdi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 3-cü turunda evdə “Liverpul”a məğlubiyyətə (0:3) aydınlıq gətirib.

Arena.az “Mançester Yunayted”in mətbuat xidmətinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Düşünürəm ki, ilk yarım saat adi halda keçdi. Müdafiəmizi təşkil etməkdə səhvə yol verdik və qəbuledilməz qol buraxdıq, amma oyunda qaldıq. Bu, bərabər oyun idi, oyun quruculuğumuzda isə gözəl bir quruluşumuz vardı, amma sonra böyük xəta etdik və “Liverpul”un keyfiyyətini nəzərə alsaq, bundan yararlandılar. Onlar fürsətlərindən çox yaxşı yararlandılar.

Biz “Liverpul”a tərifləri çatdırmalıyıq, amma təbii ki, özümüzdən razı deyilik. Mən çox məyusam, xüsusən də “Liverpul”a 0:3 hesabı ilə uduzaraq”, deyə Erik ten Haq vurğulayıb.

3 turdan sonra “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 3 xalla 14-cü pillədə qərarlaşıb. “Liverpul” isə 9 xalla 2-ci pillədə, şərti lider qismindədir. 9 xal toplamış “Mançester Siti” “qırmızılar”ı yalnız top fəri ilə üstələyərək 1-ci pillədə qərarlaşıb.