“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “qırmızı şeytanlar”ın yeni mövsümə uğursuz başlamasını şərh edib.
Arena.az BBC-yə istinadən məlumat verir ki, niderlandlı mütəxəssis həmçinin “qırmızı şeytanlar”ın yarış perspektivlərini də qiymətləndirib:
“Mən Harri Potter deyiləm. Bu, mövsümün üçüncü oyunudur. Biz yeni komanda yaratmalıyıq. Mən bunu dəfələrlə izah etmişəm. Gənclərimiz və yeni oyunçularımız var. “Liverpul”la oyunda bu mövsüm daha əvvəl meydana çıxmamış üç futbolçu meydana çıxmışdı. Komandamızın aqibəti yaxşı olacaq. Mövsümün sonunda “Mançester Yunayted”in kuboku qazanmaq imkanı olacağına əminəm”, deyə Erik ten Haq vurğulayıb.
Xatırladaq ki, ötən həftəsonu “Mançester Yunayted” doğma stadionu “Old Trafford”da “Liverpul”a 0:3 hesabı ilə məğlub olub. Bu “qırmızı şeytanlar”ın Premyer Liqanın ilk üç turunda ikinci məğlubiyyətidir. Erik ten Haqın yetirmələri 3 xalla yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıblar.